Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
11:37 10 Fevral 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı. 10 fevral. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul fevralın 17-də saat 10:00-da Göyçay şəhər Prokurorluğunun inzibati binasında keçiriləcək.
Görüşdə Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Göyçay şəhərinə gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bas-prokuror-goycayda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR