Dolların kursu ilə bağlı qorxunc proqnoz: Zərbə əhaliyə dəyəcək

Ekspert Samir Əliyev dolların məzənnəsi ilə bağlı açıqlama verib.

Baku.ws-in məlumatına görə, Samir Əliyev bildirib ki, tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir:

"Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır. Banklar bu vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz - 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.

Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün ən yüksək həddinə çatıb.

İndiki spred əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər. Banklarda aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar..

Göründüyü kimi banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyət süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar. Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir..


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR