Premyer Liqada 150-ci qolu kim vurdu? - VİDEO

Premyer Liqada 150-ci qolu kim vurdu? -   VİDEO
11:57 10 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında mövsümün yubiley qolu vurulub. Fanat.Az xəbər gverir ki, XVII turun “Qarabağ” - “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub. 


Bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.


Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL - “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadı. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan “İnter” - “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqada-150-ci-qolu-kim-vurdu-t56170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR