"Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb

"Qarabağ” klubu Azərbaycan Premyer Liqasında yeni rekorda imza atıb
11:57 10 Fevral 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Qarabağ” futbol klubu tarixinin yeni rekordunu müəyyənləşdirib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi evdəki məğlubiyyətsizlik seriyasında Azərbaycan Premyer Liqadasında ən yaxşı nailiyyətinə imza atıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XVII turun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzub. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib. Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-1993-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdılar.
Qeyd edək ki, bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-klubu-azerbaycan-premyer-liqasinda-yeni-rekorda-imza-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR