“Qarabağ”ın tarixində yeni rekord

“Qarabağ”ın tarixində yeni rekord
11:57 10 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” tarixinin yeni rekordunu müəyyənləşdirib. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, əyalət komandası evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb. 


Qurban Qurbanovun yetirmələri buna Topaz Premyer Liqasının XVII turunun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan Qurbanovun yetirmələri arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.


Bununla da “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraban-tarixind-yeni-rekord-t56168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR