Şəhid Çingiz Qurbanovun evindən görüntülər (VİDEO)

Lider TV-nin "Çıxış yolu" verilişinin komandası şəhid Çingiz Qurbanovun ailə üzvlərinə baş sağlığı vermək üçün Qusar rayon Həzrə kəndində olub.

Baku.ws xəbər verir ki, çəkiliş qrupu şəhidin ailə üzvlərinə Allahdan səbr diləyib.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. O, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Qəhrəmanı medalına layiq görülüb. Medalı prezident şəxsən şəhidin ailəsinə təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR