AFFA "Qəbələ" və AZAL klublarını cərimələyib

AFFA "Qəbələ" və AZAL klublarını cərimələyib
12:22 10 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVII turunda baş vermiş hüquqi pozuntularla bağlı qərarlar qəbul olunub.
“Qəbələ” – AZAL matçında hər iki klub 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib. Görüşün 78-ci dəqiqəsində isə AZAL klubunun futbolçusu Alamadine Omeqa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klubu 200 manat ziyana düşüb.
Qeyd edək ki, AZAL növbəti turda "İnter"i qəbul edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-qebele-ve-azal-klublarini-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR