"Kəpəz"in baş məşqçisi kim olacaq? - İDDİA

"Kəpəz"in baş məşqçisi kim olacaq? -   İDDİA
12:27 10 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz"də vəziyyət günü-gündən pisləşir. Ötən mövsüm Avropa Liqasına vəsiqə qazanan komanda indi 6-cı pillədə qərarlaşıb, son 4 oyunda məğlub olub, kubokda da mübarizəni dayandırıb, azarkeşlər oyunları boykot etməyə başlayıb. Artıq baş məşqçi Şahin Diniyevin istefasını tələb edənlər də var.


Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"la oyun Diniyevin "Kəpəz"dəki son işi ola bilər. Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumatda bildirilir ki, XVIII turda baş tutacaq oyunda alınacaq məğlubiyyət böyük ehtimalla baş məşqçinin istefaya göndərilməsi ilə nəticələnəcək.


Artıq yeni baş məşqçinin kimliyi də böyük ölçüdə bəllidi. Deyilənə görə, Yunis Hüseynovun komandanın başına gətrilməsi gözlənilir. Bu məsələ hələ dəqiqləşməsə də, Hüseynov bu posta ən real namizəd hesab olunur.


Qeyd edək ki, Yunis Hüseynov "Kəpəz"in yetirməsidi. O, 1983-cü ilə qədər futbolun sirrlərini doğulduğu şəhərin klubunda öyrənib. 1983-cü ildə "Neftçi"yə transfer olunan sabiq hücumçu 1998-1999 və 2000-2001 mövsümlərində yenidən Gəncə təmsilçisinin heyətində top qovub və karyerasını burda bitirib. Hüseynov 1998/99 mövsümündə "Kəpəz"lə ölkə çempionluğunu qazanıb.


52 yaşlı mütəxəssisin məşqçi kimi son iş yeri "Xəzər Lənkəran" olub. O, əvvəllər "Karvan" və "Standard"a başçılıq edib. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-ba-mqcisi-kim-olacaq-t56172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR