Təşkilatçılar "Oskar" mükafatının şərəfinə keçirilməli olan şənliyi ləğv edib

Təşkilatçılar "Oskar" mükafatının şərəfinə keçirilməli olan şənliyi ləğv edib
12:27 10 Fevral 2017
119 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Oskar" mükafatının təqdimat mərasiminin təşkilatçıları tədbir şərəfinə keçirilməli olan şənliyi ləğv etdiklərini açıqlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçılar şənliyi ABŞ-da qaçqınlara dəstək mitinqinə görə ləğv edib.
Məlumata görə, "The United Talent Agency" təşkilatı şənlik əvəzinə ABŞ-ın insan hüquqlarının müdafiəsi təşkilatlarına 250 min dollar məbləğində ianə verəcək, eləcə də Birləşmiş Ştatlarda qaçqınlara kömək etmək istəyən hər bir fiziki şəxsin ianə verməsi üçün fond yaradacaq.
Təşkilatın direktoru şənliyin ləğvi ilə bağlı qərarı "Oskar"a namizəd olan iranlı rejissor Əsgər Fərhadinin ABŞ-a gəlməsinə qadağa qoyulmasının mümkünlüyündən sonra qəbul etdiklərini açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/teskilatcilar-oskar-mukafatinin-serefine-kecirilmeli-olan-senliyi-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR