Azərbaycanın hərbi prokuroru İnterpolu tənqid edib

Azərbaycanın hərbi prokuroru İnterpolu tənqid edib
12:27 10 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı axtarışa verilmiş 297 nəfərin heç biri tutulmayıb”
Bakı. 10 fevral. REPORT.AZ/ “1988-ci lidən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz edilib. Təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də qırğınlar törədilib. Yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi Hərbi Prokururluqda öyrənilib. Layihəyə təklifimiz var. Bunlar həm redaktə xarakterli, həm də digər məsələlərlə bağlıdır”.
“Report” xəbərinə görə, bunu Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.
O, qanun layihəsindəki bəzi detallarla bağlı fikrini açıqlayıb. O, redaktə tipli dəyişikliklərin olmasının vacib olduğunu qeyd edib.
Hərbi prokuror qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb: “Bu günə qədər onların heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq İnterpol təşkilatı da eyni mövqedə durub”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycanin-herbi-prokuroru-i-nterpolu-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR