Mənşəyi bilinməyən 600 kq ət aşkarlandı -AZƏRBAYCANDA

Mənşəyi bilinməyən 600 kq ət aşkarlandı -AZƏRBAYCANDA
12:29 10 Fevral 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mənşəyi bilinməyən 600 kq ət aşkar edilib.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.

Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün  Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR