"Kriştianu hörmət və ehtirama layiqdir" - FOTO

"Kriştianu hörmət və ehtirama layiqdir" - FOTO
12:37 10 Fevral 2017
151 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in eks-futbolçusu Fernando Morientes "Messi və Ronaldu" polemikasına fikir bildirib. Madrid klubunun yetirməsi portuqaliyalı ulduzu daha üstün tutub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Morientes bu seçiminin subyektiv səbəblərlə əlaqədar olduğunu etiraf edib.

"Mənə görə, Ronaldu həmişə Messidən güclüdür. O, "Real"da çıxış edir. Heç vaxt deməmişəm ki, Messinin oyununu bəyənmirəm. Onun oyunu məni heyran edir. Messi xüsusi futbolçudur. Amma Ronaldu da bizə çox sevinc bəxş edib. Buna görə "Real" nümayəndələrinin Messini ondan üstün tutması hörmətsizlik olardı. Ronaldu klubun əvvəlki hücumçularında görmədiyimiz şeyləri göstərib. Kriştianu hörmət və ehtirama layiqdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR