Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest - foto

Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest - foto
12:41 10 Fevral 2017
154 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Sanderlend" futbol klubunun oyunçusu Cermeyn Defo kiçik pərəstişkarını sevindirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçu xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı pərəstişkarı Bredli Loverini xəstəxanada ziyarət edib. Onunla fotosunu paylaşan futbolçu sosial şəbəkələrin sevimlisinə çevrilib.

Valideynləri futbolçunun ziyarətindən sonra Bredlinin vəziyyətinin daha da yaxşılaşdığını, üzünün güldüyünü söyləyib və buna görə Cermeynə təşəkkür ediblər.

Qeyd edək ki, 5 yaşlı Bredlinin müalicəsi üçün kampaniyaya start verilmişdi. Klub 700 min funt-sterlinq (təxminən 1 milyon 600 min manat) yardımdan əlavə, "Harri Potter" pərəstişkarı olan balaca azarkeşini ailəsi ilə birgə Yeni ili qeyd etmələri üçün "Warner Brothers"in Londondakı studiyasına göndərmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR