Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb
12:42 10 Fevral 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, matçlar 2 günü əhatə edəcək.
Tura fevralın 12-də Gəncədə "Kəpəz" və çempionatın lideri "Qarabağ" arasındakı görüşlə start veriləcək. Həmin gün "Qəbələ" "Zirə"nin qonağı olacaq. Son iki qarşılaşma isə ertəsi gün Bakıda keçiriləcək. 
Azərbaycan Premyer Liqası, XVIII tur
12 fevral (bazar)
14:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu
16:30. “Zirə” - “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
13 fevral (bazar ertəsi)
15:00. AZAL – “İnter”
“AZAL Arena”
17:30. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xviii-turun-oyun-cedveli-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR