“Expressbank” terminalları ilə kart hesablarının artırılmasını məhdudlaşdırıb

“Expressbank” terminalları ilə kart hesablarının artırılmasını məhdudlaşdırıb
12:42 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Expressbank” ASC-də ABŞ dolları və avro ilə olan kart hesablarının “Expresspay” ödəniş terminalları ilə artırılmasına məhdudiyyət qoyulub.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, xarici valyutadakı hesablara pul qoymaq üçün “Expressbank”ın filiallarına (kassaya) yaxınlaşmaq və yaxud Bankın saytından “şəxsi kabinet”ə daxil olmaq lazımdır.
“Expresspay”da Azərbaycan manatı olan olan kart hesablarının artırılmasında isə heç bir problem yoxdur.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/expressbank-terminallari-ile-kart-hesablarinin-artirilmasini-mehdudlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR