Azərbaycanlı rejissorun səhhəti AĞIRLAŞDI: "Özündə deyil"

Azərbaycanlı rejissorun səhhəti AĞIRLAŞDI: "Özündə deyil"
12:44 10 Fevral 2017
277 Digər
Ölkə mətbuatı
A- A+

 

Qan xərçəngindən əziyyət çəkən azərbaycanlı rejissor Şahin Zəkizadənin səhhəti bu gün səhər saatlarında daha da pisləşib. Lent.az-ın məlumatına görə, rejissorun xanımı Səbinə Zəkizadə bildirib ki, Şahin reanimasiyaya yerləşdirilib: “Səhərimizi pis xəbərlə açdıq. Artıq Şahinin vəziyyəti daha da pisdir. Səhər onu reanimasiyaya yerləşdirdilər. Özündə deyil. Heç kimi, hətta məni də tanımır. Hər şeyə hazıram. Allahdan ümidimi kəsmirəm. Dua edirəm, Allahım bizə bir möcüzə versin”.

 

Qeyd edək ki, Ş.Zəkizadə müalicəsinin üçüncü mərhələsi üçün xəstəxanaya yerləşdirilmişdi. Kimyaterapiyalar zamanı rejissorun səhhəti pisləşib, hərarəti 40-a çatıb. Həkimlər onun infeksiyaya yoluxduğunu bildirib. Ş.Zəkizadəyə təcili ilikköçürmə əməliyyatı edilməlidir, amma səhhəti ağırlaşdığı üçün bu hazırda mümkün deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR