Xanlar Vəliyev: “İndiyədək onların heç biri tutulmayıb”

Xanlar Vəliyev: “İndiyədək onların heç biri tutulmayıb”
12:48 10 Fevral 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənilər təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də qırğınlar törədib”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev bu gün Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində çıxışı zamanı bildirib.

X.Vəliyev deyib ki, yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi Hərbi Prokururluqda öyrənilib:

“Layihəyə təklifimiz var. Bunlar həm redaktə xarakterli, həm də digər məsələlərlə bağlıdır”.

Hərbi prokuror indiyədək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verildiyini diqqətə çatdırıb:

“Onların barəsində həbs qərarı çıxarılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı axtarışa verilmiş 297 nəfərin heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. “İnterpol” təşkilatı da onlarla eyni mövqedə durub”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR