Çində 6 dövlət qulluqçusu məmur tənbəlliyi üzrə tədbirdə yatdığına görə cəzalandırılıb

Çində 6 dövlət qulluqçusu məmur tənbəlliyi üzrə tədbirdə yatdığına görə cəzalandırılıb
12:57 10 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Çində Hubei əyalətinin 6 məmuru tənbəl dövlət işçilərinin həvəsləndirilməsi üzrə tədbirdə mürgülədikləri üçün cəzalandırılıblar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının sədri Si Tszinpin ölkədə korrupsiya, israfçılıq və xidməti vəzifənin yerinə yetirilməməsinə qarşı ciddi mübarizəsi fonunda yatmış məmurların şəkilləri ölkə mediasında geniş işıqlandırılıb.
Kommunist Partiyasının İntizam Bürosu məmurları özləri barəsində tənqidi bildiriş yazamağa və ictimai şəkildə hamıdan üzr istəməyə məcbur edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-6-dovlet-qulluqcusu-memur-tenbelliyi-uzre-tedbirde-yatdigina-gore-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR