Sorğu: Rusiyalıların əksəriyyəti MDB-dən olan miqrantlara ölkə vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini dəstəkləmir

Sorğu: Rusiyalıların əksəriyyəti MDB-dən olan miqrantlara ölkə vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini dəstəkləmir
13:02 10 Fevral 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyalıların əksəriyyəti (71%) MDB-dən olan miqrantların ölkə vətəndaşlığı alması prosedurunun sadələşdirilməsi ideyasını dəstəkləmir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin məlumatları göstərir.
Eyni zamanda, rəyi soruşulanların üçdə birindən çox hissəsi (36%) tələblərin sərtləşdirilməsinin, 35% respondent isə prosedurun indiki kimi qalmasının tərəfdarıdır.
Prosedurların sadələşdirilməsi ideyasını respondentlərin cəmi 19%-i dəstəkləyib. Bu fikirdə olanların əksəriyyəti (27%) yaşı 60 və daha çox olanlardır.
Bundan əlavə, sorğu nəticəsində məlum olub ki, respondentlərin əksəriyyəti (59%) qanuna zidd şəkildə uzun müddət Rusiyada yaşayan MDB ölkələrindən olan miqrantların əfv edilməsi təklifini də dəstəkləmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyalilarin-ekseriyyeti-mdb-den-olan-miqrantlara-olke-vetendasligi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR