"Müsəlmana bir, xristiana başqa münasibət var, İnterpol da eyni mövqedə durur"

"Müsəlmana bir, xristiana başqa münasibət var, İnterpol da eyni mövqedə durur"
13:05 10 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistan Azərbaycan xalqına qarşı təkcə Xocalıda deyil, digər ərazilərdə də kütləvi qırğınlar və soyqırımlar törədib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə bu gün "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

X.Vəliyev bildirib ki, bu cinayətləri törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb və göndərilib:

"Ancaq onların birini də bu günə qədər əldə edə bilməmişik. Bunu hamı bilir, bu, dünyada ikili standartların bariz nümunəsidir. Müsəlmana bir, xristiana başqa bir münasibət var. İnterpol təşkilatı da eyni mövqedə durur".

X.Vəliyev vurğulayıb ki, bu gün müzakirə edilən qanun layihəsinin qəbul edilməsini şərtləndirən bir çox amillər var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR