AFFA yalnız AZAL-ı cəzalandırdı

AFFA yalnız AZAL-ı cəzalandırdı
13:17 10 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


Bu iclasda yalnız bir Premyer Liqa matçı - "Qəbələ" - AZAL görüşü müzakirə mövzusu olub. Qarşılaşmanın 78-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk edən AZAL-ın futbolçusu Alamadine Omeqa bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib. Bakı klubu 4 futbolçusu sarı vərəqə aldığından əlavə 800 manat cərimə olunub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-yalnz-azal-czalandrd-t56175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR