Prezident: “Moskva və Minsk Qərblə müharibəyə hazırlaşır”

Prezident: “Moskva və Minsk Qərblə müharibəyə hazırlaşır”
13:38 10 Fevral 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Belarusun “Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir.

Publika.az Delfi.lt portalına istinadən xəbər verir ki, bu haqda Riqada çıxışında Litva prezidenti Dalya Qribauskayte deyib.

“Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, “Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər şərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.

O vurğulayıb ki, Rusiya və Belarusun bu cür hərəkətləri Baltikyanı ölkələri NATO-dan əlavə təhlükəsizlik zəmanətlərini xahiş etməyə məcbur edir.

Öz növbəsində, Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Daryus Yaunişkis deyib ki, “Qərb-2017” təlimləri bu il Litvanın milli təhlükəsizliyinin əsas çağırışı olacaq.

Analitiklərə görə, “Qərb-2017” təlimləri ilə Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirmək məqsədi daşıyacaq. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR