Əmzikdən istifadə çənədə problemlər yaradır - Həkimdən analara xəbərdarlıq

Əmzikdən istifadə çənədə problemlər yaradır - Həkimdən analara xəbərdarlıq
13:42 10 Fevral 2017
157 Ölkə
Ölkə mətbuatı
A- A+

"Uşaqlarda süd düşlərinin vaxtında müalicə edilməməsi, vaxtından əvvəl çəkilməsi, əmzik və barmaq sorma onlarda stomatoloji problemlərin yaranmasına - diş və çənənin quruluşunun dəyişməsinə təsir göstərir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev deyib.

Onun sözlərinə görə, uşaqlarda stomatoloji problemlərin yaranmasına bəzən valideynlərin məlumatsızlığı səbəb olur: "Valideynlər çox zaman uşaqlarına əmzik, şirniyyat, vitaminlər, xüsusilə kalsium verirlər. Lakin bu özü də uşaqlarda problemlərin yaranmasına səbəb olur. Uşaqlara qanda kalsiumun miqdarı analizlə müəyyən edildikdən sonra ona kalsium verilməlidir. Valideynlərə məsləhət edərdim ki, əmzikdən də istifadə etməsinlər. Çünki bu, üz-çənə nahiyəsində problemlərin yaranmasına gətirib çıxarır".

B.Əliyev deyib ki, hər bir xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır.

Onun sözlərinə görə, üzdə olan problemlər vaxtında aşkarlanarsa, onu aradan qaldırmaq olar.

Həkim qeyd edib ki, çənə quruluşunda ön və üst çənənin qabağa olması 10 yaşadək daha tez aradan qaldırılır: "Yaşı 10-dan yuxarı olan uşaqlara daimi aparat qoyulur. Müalicənin effektivliyi həm də uşağın aparatı düzgün istifadə etməsindən, həkimə vaxtında gedilmədən də asılıdır".

B.Əliyev deyib ki, çənə anomaliyalarının uşaqlara irsi keçmə ehtimalı var: "Amma onun qarşısını vaxtında almaq olar. Bu, vaxtında edilmədikdə cərrahiyyə əməliyyatına ehtiyac olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR