Sabiq "Bakı"lı "Qalatasaray"a dönür?

Sabiq "Bakı"lı "Qalatasaray"a dönür?
13:47 10 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"nın sabiq baş məşqçisi Bülənt Qorxmaz "Qalatasaray"a qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "cim-bom"un "sükanı arxası"na keçməyə çox yaxındır.

Belə ki, ölkə kubokunda mübarizəni dayandıran "sarı-qırmızılılar" Superliqanın qarşıdakı iki turundan sonra baş məşqçi məsələsinə yenidən baxmaq qərarına gəliblər. Hazırkı çalışdırıcı Yan Olde Riekerinkin taleyi də məhz "Kayserispor" və "Çaykur Rizəspor"la görüşlərdən asılı olacaq. Əgər komanda hər iki qarşılaşmada qələbə qazanmasa, çempionluq yarışında xeyli geri düşəcək. Belədə rəhbərlik "Beşiktaş"la derbiyə yerli mütəxəssislə hazırlaşmağı üstün tutacaq.
 
Hazırda bu posta 3 namizəd var ki, onlardan biri də məhz Bülənt Qorxmazdır. Onunla yanaşı, Raşit Çetiner və Hasan Şaş da "Qalatasaray"ın baş məşqçisi ola bilərlər. Ancaq daha təcrübəli Qorxmaz bir addım öndə göstərilir.
 
Qeyd edək ki, futbolçu karyerası yalnız "Qalatasaray"la bağlı olan Bülənt Qorxmaz 2009-cu ildə qısa müddət "cim-bom"u çalışdırıb. "Əfsanə kapitan" məhz oradan ayrıldıqdan sonra 2009-10 mövsümündə "Bakı"nın "sükanı arxası"nda olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR