YARAT-da məşhur ukraynalı dizayner və memar mühazirə oxudu - FOTO

YARAT-da məşhur ukraynalı dizayner və memar mühazirə oxudu - FOTO
13:47 10 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Mərkəzində "İnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet 2017 sərgisinin nəticələri" mövzusunda mühazirə keçirilib.

Milli.Az bildirir ki, mühazirəni ukraynalı dizayner və memar, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, "Yakusha Design" studiyasının rəhbəri Viktoriya Yakuşa oxudu.

Mühazirə iştirakçıları interyer dizaynın bütün qlobal tendensiyaları, o cümlədən Parisdə, "Maison & Objet 2017" sərgisində baş verən maraqlı hadisələrlə ətraflı tanış oldular. Dizayner Viktoriya Yakuşa mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan bəhs etdi. Mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası - forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar təqdim olundu.

Mühazirəçi haqqında:

Viktoriya Yakuşa - ukraynalı dizayner və memar, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, "Yakusha Design" studiyasının rəhbəridir.

"Yakusha Design" studiyası 2007-ci ildə təsis edilib və həmin vaxtdan etibarən istedadlı dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən, müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir.

"Yakusha Design" studiyasının layihələri "InterYear" və "Architectural Awards" kimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri "Dünyanın 40 ən yaxşı evi" toplusuna daxildir.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR