İcbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda yeni əməliyyat

İcbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda yeni əməliyyat
13:48 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İcbari tibbi sığortanın tətbiq edildiyi pilot rayonlarda bu həftə ərzində 3 sakin əməliyyat olunub.

İcbari Tibbi Sığorta Agentlikdən Publika.az-a verilən məlumata görə, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olmuşdur və əməliyyat uğurla həyata keçirilmişdir. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.

Prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunmuşdur.

Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/187255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR