"Kiçik bacı" Parisə dəvət aldı - 8 Mart "Sarkisyan günü" olacaq

"Kiçik bacı" Parisə dəvət aldı - 8 Mart "Sarkisyan günü" olacaq
13:57 10 Fevral 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Olland Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində bildirib ki, ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi məsuliyyət daşıyır: "Biz tələsirik. Doğrudan da ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi sahəsində tələskənlik mövcuddur. Demək olar ki, hər gün Qarabağda ölüm hadisəsi qeydə alınır. Beləliklə, biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik".

Olland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmək üçün Ermənistan prezidenti Serj Sarkisyanı Parisə dəvət edib. Onun sözlərinə görə, Ermənistan rəhbəri martın 8-də Fransaya səfər edəcək.

Qeyd edək ki, bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlunun fikrincə, Fransua Ollandın Ermənistan prezidenti Serj Sarkisyanı Parisə dəvət etməsi üçün tarix münasib seçilib, çünki Fransanın keçmiş prezidenti Nikola Sarkozi demişkən, Ermənistan Fransanın "kiçik baçısı"dır:

"Olland daha sonra bildirib ki, erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. "Dağlıq Qarabağda hər gün ölən var" deyən Olland bununla cəbhə bölgəsindəki gərginliyin diqqət mərkəzində olduğuna işarə edib".

Bununla belə, ekspert hesab edir ki, Ollandın Sarkisyanı Parisə dəvət etməsi erməni vurğunluğunun ifadəsidir: "Fransanın Minsk qrupunun həmsədri kimi cəbhə bölgəsindəki gərginlikdən narahat olması anlaşılandır. Ancaq Ollandın Parisdə Sarkisyanla görüşü anlaşılmazdır. Çünki bu görüşdən bir ay sonra Olland kürsüsüylə sağollaşacaq. Yəni Olland istəsə belə, bu bir ayda Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da irəli apara bilməz. İkinci dəfə prezidentliyə namizədliyini də irəli sürmür ki, deyəsən Sarkisyanla görüşməklə Fransadakı erməni seçicilərin səsini qazanmaq istəyir. Sadəcə, erməni vurğunluğu..."

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR