AFFA Şeydayevin yeni klubunu açıqlandı

AFFA Şeydayevin yeni klubunu açıqlandı
14:07 10 Fevral 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını icarə qaydasında Slovakiyada davam etdirəcəyi dəqiqləşib.


Fanat.Az xəbər verir ki, AFFA-nın rəsmi "Facebook" səhifəsi məlumat yayaraq, Ramilin icarə əsasında "Jilina"da oynayacağını açıqlayıb.


Qeyd edək ki, Şeydayev bu mövsümün əvvəli “Trabzonspor”a keçib. Amma orada çox oynamaq şansı qazanmadığından Türkiyə klubu futbolçumuzu icarəyə vermək qərarına gəlib.


Hazırda "Jilina" Slovakiya çempionatının lideridi. Ümumiyyətlə, Slovakiya müstəqilliyini qazandıqdan sonra bu klub 5 dəfə ölkə çempionu olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-eydayevin-yeni-klubunu-acqland-t56176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR