Bahar Muradova: “Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər bir kəsə mesajdır”

Bahar Muradova: “Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər bir kəsə mesajdır”
14:12 10 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ “Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası pozucu mövqedə duran hər bir kəsə işarə və mesajdır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
O bildirib ki, bu, eyni zamanda Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir: “Eyni zamanda Azərbaycan diplomatiyasının ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən işin müsbət nəticəsidir. Hesab edirəm ki, bu, çəkindirici xarakter daşıyır. Bu addım indiyədək Azərbaycana qarşı bu hərəkətə yol verənlərin öz səhvini anlaması və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək belə bir yanlışlığa yol verdikləri üçün üzrüxahlıq etməsinə şərait yaradır. Eyni zamanda, bu işi təşkil edən Ermənistan, erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamaq üçün digər ölkələrin vətəndaşlarına mesajdır. Hesab edirəm ki, hər kəs bundan öz ibrətini və dərsini götürməlidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/bahar-muradova-lapsinin-azerbaycana-ekstradisiyasi-pozucu-movqede-duran-her-bir-kese-mesajdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR