Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest - FOTO

Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest - FOTO
14:12 10 Fevral 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Sanderlend" futbol klubunun oyunçusu Cermeyn Defo kiçik pərəstişkarını sevindirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, futbolçu xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı pərəstişkarı Bredli Loverini xəstəxanada ziyarət edib. Onunla fotosunu paylaşan futbolçu sosial şəbəkələrin sevimlisinə çevrilib.

Valideynləri futbolçunun ziyarətindən sonra Bredlinin vəziyyətinin daha da yaxşılaşdığını, üzünün güldüyünü söyləyib və buna görə Cermeynə təşəkkür ediblər.

Qeyd edək ki, 5 yaşlı Bredlinin müalicəsi üçün kampaniyaya start verilmişdi. Klub 700 min funt-sterlinq (təxminən 1 milyon 600 min manat) yardımdan əlavə, "Harri Potter" pərəstişkarı olan balaca azarkeşini ailəsi ilə birgə Yeni ili qeyd etmələri üçün "Warner Brothers"in Londondakı studiyasına göndərmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR