16 güləşçimiz ilk onluqda

16 güləşçimiz ilk onluqda
14:17 10 Fevral 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi 2017-ci ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yanvar ayında komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən reytinq sıralamasında elə də ciddi dəyişiklik müşahidə edilməyib. İlk onluqda ümumilikdə 16 güləşçimizin adı var. 

Sərbəst güləşçilərin siyahısında Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və idmançı karyerasını bitirən Xetaq Qazyumovun adı ilk onluğa daxil edilib. Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç onluqda yer alıblar. Yunan-Roma güləşçilərinin onluğunda isə Rövşən Bayramov, Rəsul Çunayev, Həsən Əliyev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov və Sabah Şəriətinin adlarını görmək mümkündür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR