Səfir: "Afina Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir"

Səfir: "Afina Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir"
14:22 10 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçilərinin işini və Azərbaycanın mövqeyini dəstəkləyir".
"Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə deyib.
"Dağlıq Qarabağ münaqişəsi olduqca qəlizdir. Bu mənada ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik və rəsmi Bakının tərəfindəyik. Yunanıstan Azərbaycana qarşı başqa cür hərəkət edə bilməz. Axı bizim də Kiprdə oxşar problemimiz var" - D.Tsunqas bildirib.
Səfirin sözlərinə görə, Kipr məsələsi 40 ildən çoxdur həll olunmamış qaldığından Yunanıstan tərəfi Azərbaycanın mövqeyini anlayır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sefir-afina-dagliq-qarabag-meselesinde-resmi-bakinin-terefindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR