Tennisçilərimiz "Çexiya Open" çempionatının qalibi olublar - FOTO

Tennisçilərimiz "Çexiya Open" çempionatının qalibi olublar - FOTO
14:27 10 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Çexiyanın Xodonin şəhərində keçirilən stolüstü tennis üzrə Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan "Çexiya Open" çempionatında şəxsi oyunlar artıq başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Milli.Az-a verilən məlumata görə, 36 ölkədən 300-dən çox idmançının qatıldığı çempionatda oğlan tennisçilərimiz birinci və ikinci yerə sahib olaraq qızıl və gümüş medal qazanıblar.

Qeyd edək ki, tennisçilərimiz dörddə bir finalda Danimarka və yarımfinalda Almaniya idmançısına qalib gələrək finala çıxıblar.

Yarışlar komandalar arasında davam edir.

Zəfər Tağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR