Milli Məclisin deputatı Türkmənistanda prezident seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Türkmənistanda prezident seçkilərini müşahidə edəcək
14:32 10 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatı Rüstəm Xəlilov sabah Türkmənistanın paytaxtı Aşqabada səfərə gedəcək.
Bu barədə “Report”a MM-in mətbuat xidmətindən məlumat verilib.
Millət vəkili Türkmənistanda keçiriləcək Prezident seçkilərini MDB müşahidə missiyasının xətti ilə izləyəcək.
Digər müşahidəçilərlə bərabər deputat bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.
Səfər fevralın 15-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-deputati-turkmenistanda-prezident-seckilerini-musahide-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR