Yunanıstan səfiri: "TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb"

Yunanıstan səfiri: "TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb"
14:42 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin Yunanıstan sektorunda 10 km uzunluqda boru kəmərinin çəkilişi tam, 80 km uzunluqda boru kəmərinin çəkilişi isə praktiki olaraq başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə məlumat verib.
"TAP layihəsi ilə bağlı problemlər, o cümlədən texniki və maliyyə problemləri aradan qaldırılıb. Hazırda bütün problemlər həll edilib. İndi kəmərin çəkilişi prosesi başlayıb. 850 km-lik boru kəmərinin 555 km-i Yunanıstan ərazisindən keçir" - D.Tsunqas vurğulayıb.
Səfir TAP layihəsinin həyata keçirilməsi məsələsinin iştirakçı ölkələrin energetika nazirlərinin iştirakı ilə fevralın 23-də Bakıda baş tutacaq "Cənub qaz dəhlizi" layihəsinin Məşvərət Şurasının üçüncü iclasında müzakirə ediləcəyini xatırladıb.
O bildirib ki, Yunanıstanın energetika naziri də bu tədbirdə iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yunanistan-sefiri-tap-layihesi-ile-bagli-problemler-aradan-qaldirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR