Bahar Muradova: “Hər kəs bundan dərs götürməlidir”

Bahar Muradova: “Hər kəs bundan dərs götürməlidir”
14:43 10 Fevral 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın sərhəd və digər qanunlarını pozaraq ölkəmizin ərazilərinə qanunsuz səfər etməklə kifayətlənməyərək, seperatçı rejimə dəstək olub, bunu nümayişkəranə formada həyata keçirən bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi indiyədək bu sahədə pozucu mövqedə duran hər bir kəsə xəbərdarlıqdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.

B.Muradova deyib ki, bu, həm də Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyinin nəticəsidir:

“Lapşinin Azərbaycana ekstradisiyası ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən Azərbaycan diplomatiyasının müsbət nəticəsidir. Hesab edirəm ki, bu çəkindirici xarakter daşıyır. Bu, indiyədək Azərbaycana qarşı belə hərəkətə yol verənlərin öz səhvini anlamasına və Azərbaycan hökumətinin müvafiq qurumlarına müraciət edərək üzrxahlıq etməsinə şərait yaradır”.

Vitse-spiker qeyd edib ki, bu, Ermənistanın, erməni lobbisinin yalançı təbliğatına uymamaq üçün digər ölkələrin vətəndaşlarına mesajdır:

“Hesab edirəm ki, hər kəs bundan ibraət və dərs almalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR