"Gənclik Mall"un qarşısında KÜTLƏVİ DAVA: oğlana 6 bıçaq zərbəsi vurdular

"Gənclik Mall"un qarşısında KÜTLƏVİ DAVA: oğlana 6 bıçaq zərbəsi vurdular
14:47 10 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR