Gəncənin qonağı olan “Kəpəz” - Biabırçılıq

Gəncənin qonağı olan “Kəpəz” -   Biabırçılıq
14:57 10 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Adətimiz üzrə hər turdan öncə komandaların hazırlığı ilə maraqlanır, səfərə çıxanların proqramlarını, planlarını öyrənib sizi məlumatlandırmağa çalışırıq.


Bu dəfə "Kəpəz” – "Qarabağ” qarşılaşmasını daha vacib hesab etdik və ilk işimiz bu duelin iştirakçıları ilə əlaqə yaratmaq oldu. Mətbuat xidmətlərinin rəhbərləriylə əlaqə saxladıqdan sonra məqsədimizə çatdıq.


Öyrəndik ki, "Qarabağ” bu gün saat 17.00-da Gəncəyə yola düşəcək. "Köhlən atlar” sabah Gəncədə bir məşqə çıxacaqlar. "Kəpəz” isə doğma şəhərə sabah gedəcək. Məhz bu yerdə barmağımızı dişlədik. Eşitdiklərimizə, oxuduqlarımıza inanmadıq.


Bunu təsəvvür belə etmək çətindi. Harda görünüb ki, meydan sahibi komanda öz doğma şəhərinə rəqiblərdən bir gün sonra gəlsin? Sanki meydan sahibi "Qarabağ”dı, bu gün Gəncəyə yollanacaq, orda rəqibinin gəlişini gözləyəcək. 


Belə acınacaqlı vəziyəti görəndən sonra gəncəli azarkeşlərin hisslərini daha yaxşı başa düşmək mümkündü. İddia etmək olar ki, "Qarabağ”ın sponsoru güclüdü, komanda iddialıdı, futbolçularının rahatlığı üçün səfərə öncədən yollanır. Amma əyri oturub, düz danışaq. Təmsil etdiyi şəhərdə iki gün ard-arda məskunlaşıb, hazırlıq keçmək üçün şəraiti olmayan, yaxud da şərait yaradılmayan komanda Gəncənin nəyinə lazımdı? Bu komanda hansı haqla formasının üzərinə Gəncənin 4000 yaşı olduğunu yazır? 4000 yaşlı şəhərin komandası niyə bu vəziyətdədi? 


Belə sualların sayını çoxaltmaq da mümkündü. Hər şeyi pulun, maddi imkanın boynuna da yıxmaq olmaz. 25-30 nəfər adamın Gəncədə məskunlaşması üçün iki günə milyon tələb olunmur ki. Bunun adı laqeydlik, qeyri-peşəkarlıq, başdansovdu komanda saxlamaqdı. Ayıb olsun! Azərbaycan futbolunun belə inkişafı, bölgə futboluna bu cür diqqət-qayğı da olmaz olsun!


Mənbə: sport7.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncnin-qona-olan-kpz-t56178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR