Bakıda psixoloq uşağı döydü, valideynlərinə də ....

Bakıda psixoloq uşağı döydü, valideynlərinə də ....
14:58 10 Fevral 2017
300 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meyili olduğu görən valideynlər onu psixoloqa aparıblar. Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb.

Bu barədə psixoloq Xatirə Səfərova Feysbuk səhifəsində status paylaşıb. Bildirib ki, hazırda həmin uşaq onun terapiya prasedurasından keçir.

"Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, birdə qız oyuncaqları ilə oynasa döyüləcək. Aparın cudoya qoyun. Üzgüçülüyə qoymayın qız kimi fiqurası olar. Peçenye şirniyyat yeməyə qoymayaın. Homoseksuallar şirniyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun"

Psxoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların adını batırır. (BAKU.WS )


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR