“Gənclik Mall”da kütləvi dava - Qan töküldü

“Gənclik Mall”da kütləvi dava - Qan töküldü
15:03 10 Fevral 2017
299 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

"Gənclik Mall" ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb.

Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib.

O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR