Sanitar qadın ananın körpəsini öpdüyünü düşünürdü, lakin yaxınlaşdığında gördüyündən ŞOK OLDU

Sanitar qadın ananın körpəsini öpdüyünü düşünürdü, lakin yaxınlaşdığında gördüyündən ŞOK OLDU
15:05 10 Fevral 2017
444 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yerləşən bu xəstəxananın tibb bacıları yaşanmış son dəhşətli hadisədən sonra çətin ki, tezliklə özlərinə gələ bilsinlər.

Milli.Az interaz-a istinadən xəbər verir ki, Lui Tianlun adı tibb bacısı yeni ana olmuş qadının yerləşdirildiyi palatanın yanından keçərkən dəhşətli mənzərə ilə qarşılaşıb.

Qadın əvvəlcə Li Jenquyun körpəsinin əlini öpdüyünü düşünüb, lakin körpənin bədənində qan gördüyü zaman dəhşətə gəlib.

Dərhal pasientin yatağına tərəf qaçan Lui gənc ananın həqiqətən körpəsinin əlini gəmirməyə çalışdığının şahidi olub. Üstəlik aqressiv ana uşağı tibb bacısına vermək niyyətində olmayıb. Sanitar körpəni xilas edə bilmək üçün var gücü ilə köməyə səsləyib.

Həkimlər hannibal ananı sakitləşdirici preparatlar vasitəsilə zərərsizləşdirə biliblər. Xoşbəxtlikdən tibb bacısı baş verə biləcək dəhşətli cinayətin qarşısını vaxtında ala bilib. Körpə bir müddət tibb işçilərinin nəzarəti altında qalmalı olacaq, ana körpəsinə ciddi xəsarət yetirə bilməyib.

Xəstəxanada əvvələr oxşar heç bir hadisə baş verməyib. Hətta bir çox vahiməli səhnələrin şahidi olmuş həkimlər ananın hərəkətindən şok vəziyyətində olublar.

Yerli mənbələrin məlumatına əsasən, qadın doğum evinə daxil olmazdan əvvəl bir müddət küçədə yaşayıb. Belə ki, qaynanası onu evdən qovub. Həyat yoldaşının bütün bunlardan xəbərinin olmadığı da ehtimallar arasında yer alır.

Hazırda qəyyumluq orqanları bu məsələ ilə məşğuldur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR