Azərbaycanlılar Rusiyada PULSUZ ali təhsil ala biləcəklər

Azərbaycanlılar Rusiyada PULSUZ ali təhsil ala biləcəklər
15:05 10 Fevral 2017
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən 2017/2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olimpiada təşkil olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, olimpiadanın şərtlərinə uyğun olaraq, hər ölkə üzrə qaliblər üçün 5, mükafatçılar üçün 5 kvota yeri nəzərdə tutulub.

Seçimlərdə yüksək bal toplayan şəxslər - qaliblər adıçəkilən ali təhsil müəssisəsində təhsil haqqından azad olunacaq, mükafatçılar üçün təhsil haqqına 50 faiz güzəşt tətbiq ediləcək. Qaliblər üçün isə aylıq təqaüd (1500 rubl) veriləcək.

Maliyyə xərcləri (yaşayış, tibbi sığorta, yol xərci) tələbələr tərəfindən qarşılanmalıdır.

İştirak üçün yaş məhdudiyyəti mövcud deyil. İştirak etmək istəyən namizədlər fevral ayı ərzində http://www.fa.ru/projects/mks/Pages/registration.aspx keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/educations/516230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR