İran səfiri: "Şimal-Cənub" layihəsi Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək"

İran səfiri: "Şimal-Cənub" layihəsi Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək"
15:07 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ "Şimal-Cənub" nəqliyyat layihəsinin həyata keçirilməsi iştirkçıların hamısına mənfəət qazandıracaq".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənai "Xəzər nəqliyyat-logistika və dəniz sənaye kompleksi" layihəsinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu layihə Dağıstana və Azərbaycana tranzit imkanlarından tam şəkildə istifadə etmək imkanı verəcək: "Layihə Rusiyanı Cənuba doğru bir neçə min kilometr yaxınlaşdıracaq. Bu layihənin yalnız Rusiya və İran yox, həm də Hindistan, eləcə də Aralıq dənizi və Fars körfəzi ölkələri üçün üstünlükləri var".
M.Sənainin sözlərinə görə, hazırda İran tərəfi Rəşt-Astara dəmir yolunun tikintisini tamamlayır: "Həmçinin İran Astarası ilə Azərbaycan Astarasını birləşdirəcək dəmir yolu xəttinin tikintisini başa çatdırmaq üzrəyik. Bu yol təkmilləşəndən sonra marşrut üzrə Rusiyaya dəmir yolu xətti ilə yük daşınması tam rahat olacaq".
Qeyd edək ki, tədbirdə həmçinin Dağıstan rəhbəri Ramazan Abdullatipov, eləcə də Azərbaycan, Rusiya və İranın dəmiryol administrasiyalarının nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-ran-sefiri-simal-cenub-layihesi-azerbaycana-tranzit-imkanlarindan-tam-sekilde-istifade-etmek-imk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR