Bakıda güclü yanğın xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda güclü yanğın xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
15:12 10 Fevral 2017
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Bakının 8-ci km qəsəbəsi tərəfdə güclü yanğının baş verməsinə dair şəkillər və məlumatlar paylaşılıb.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab verən Fövqəladı Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bildirib ki, heç bir yanğın hadisəsi baş verməyib və narahatlığa da heç bir əsas yoxdur:

"Məsələ ondadır ki, neftayırma zavodunda adi bir texniki prosesdir. Neft ayırma prosesi zamanı qaz çıxır, həmin zaman məşəl daha gur yanır. İndi də eyni şey olub. Alov güclənib, tüstüsü ətrafa yayılıb. Bəziləri də elə bilib ki, yanğın olub. Yəni bu zavodda adi normal iş prosesinin gedişatında olan texniki şeydir. Həmin ərazi FHN-nin nəzarəti altındadır və heç bir yanğın da yoxdur".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR