"Brexit"in nəticəsi "Mançester Yunayted"in borcunun artmasına səbəb olub

"Brexit"in nəticəsi "Mançester Yunayted"in borcunun artmasına səbəb olub
15:27 10 Fevral 2017
139 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Böyük Britaniyada keçirilmiş  "Brexit"dən və dolların möhkəmlənməsindən sonra İngiltərənin "Mançester Yunayted" klubunun borcu 27,1 faiz çoxalıb. 
"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın borcu 87,2 milyon funt-sterlinq artıb. Hazırda borc 409,3 milyon funt-sterlinq təşkil edir.
Qeyd edək ki, 2016-cı il iyunun 23-də keçirilmiş referendumda ("Brexit") səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Mançester Yunayted" isə ötən il 515 milyon avro qazanaraq, dünyanın ən gəlirli klubuna çevrilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/brexit-in-neticesi-mancester-yunayted-in-borcunun-artmasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR