İkiyə bölünmüş Azərbaycan - Türkmənçay müqaviləsinin il dönümüdür

İkiyə bölünmüş Azərbaycan - Türkmənçay müqaviləsinin il dönümüdür
15:42 10 Fevral 2017
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanı şimal və cənub olmaqla iki yerə bölən Türkmənçay müqaviləsindən 189 il ötür.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, Türkmənçay kəndində general İvan Paskeviç və şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib.

Türkmənçay sülh müqaviləsi 1828-ci il fevralın 10-da Rusiya ilə Qacarlar arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən bağlanıb.

Təbrizin 50 kilometrliyindəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, Qacarlardan isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi. Türkmənçay müqaviləsində Qacar dövlətindən erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, Qacarların Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin Qacar dövlətində ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR