Sırğa taxıb, saç rəngləyən yerli kişi məşhurlarımız - FOTO

Sırğa taxıb, saç rəngləyən yerli kişi məşhurlarımız - FOTO
16:17 10 Fevral 2017
234 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) şou-biznesin sırğa taxan, saç rəngləyən kişi üzvlərini təhqir edib. O bildirib ki, kişiyə bunları yaraşdırmır. Bəs, görəsən, Azərbaycan şou-biznesində neçə müğənni sırğa taxır, kimlər saç rəngləyir?

Milli.Az axşam.az-a istinadən saç rəngləyib, sırğa taxanların siyahısını təqdim edir:

Müğənni-bəstəkar Ramal İsrafilov sırğa taxıb, saç rəngləyən ifaçılardandır. Ramal hətta bundan sonra imicini daha da dəyişəcəyini deyib. 

Rəhim Rəhimli də tez-tez saç rəngləyib, sırğa taxır. 

Xalq artisti Faiq Ağayev uzun illərdir saçını müxtəlif rənglərə boyayıb. Müğənni hərdən sırğa taxması ilə də gündəmə gəlib. 

İlqar Xəyal da bəzi hallarda sırğalı görüntülənib. 

Müğənni Eldar Qasımov sırğa taxmasa da saç rəngləyib. 

Müğənni Nadir Qafarzadə illərdir saçını rəngləyir. İfaçı bunu gizlətmir də. 

Əməkdar artist Baloğlan Əşrəfov saçına qara rəng qoyur. 

Müğənni Elnur Hüseynov saç rəngləyib, sırğa taxan tanınmışlar siyahısındadır. 

Əməkdar artist Cavanşir Məmmədov saçlarını qara rəngə boyayır və bunu hər zaman etiraf edir. 

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/516248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR