"Koordinatları Türkiyədən almışdıq" - Peskov

"Koordinatları Türkiyədən almışdıq" - Peskov
16:27 10 Fevral 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyada Türkiyənin verdiyi koordinatlara əsasən uçuş həyata keçiriblər. Koordinatlara əsasən orada türk hərbçilər olmalı deyildi.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O bildirib ki, vəziyyət hər iki tərəfə aydındır, hər hansı bir mübahisəli vəziyyət yaranmayıb. 

Rusiya prezidentinin mətbuat katibi, həmçinin əlavə edib ki, Vladimir PutinRəcəb Tayyib Ərdoğan baş verən hadisəni konstruktiv və detallı formada müzakirə edib. 

Qeyd edək ki, ötən gün "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

Rusiya tərəfi hücumun səhvən edildiyini bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR