Bakıda iki kişi intihar məqsədi ilə özünü bıçaqlayıb

Bakıda iki kişi intihar məqsədi ilə özünü bıçaqlayıb
16:47 10 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda iki nəfər intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb.
Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib
Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.
Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-kisi-intihar-meqsedi-ile-ozunu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR