"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri

"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
17:17 10 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu "TASS"-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. 

"2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüflər olsun ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - Volınkin bildirib. 

Diplomat vurğulayıb ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: "Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ yol görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR